30 yaşlı forvard özü zədə səbəbindən hazırda kollektivdən ayrı düşüb. Boli uğrunda "Qarabağ" və Türkiyə klubu "Qaziantep" mübarizə aparır.

"Qarabağ"ın transfer gündəmində olan Frank Boli klubu "Ferensvaroş" tərəfindən transferə çıxarılıb. Matc.az xəbər verir ki, bunu Macarıstan təmsilçisinin idman direktoru Tamaş Haynal açıqlayıb.
 
Klub rəsmisinin sözlərinə görə, rəhbərlik Fil Dişi Sahili millisinin üzvü üçün rəsmi təklif gözləyir. 30 yaşlı forvard özü zədə səbəbindən hazırda kollektivdən ayrı düşüb. Boli uğrunda "Qarabağ" və Türkiyə klubu "Qaziantep" mübarizə aparır.
 
Qeyd edək ki, Frank Bolinin "Ferensvaroş"la müqavilə müddəti mövsümün sonuna qədərdir.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest