Avropa reytinqinə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Sonrakı pillələrdə qərarlaşmış komandaların siyahısını təqdim edirik:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa klublarının reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan siyahıda üç klublar təmsil olunur.
 
"Qarabağ" 139 xalla qitə reytinqinin 49-cu sırasında qərarlaşıb. Azərbaycanın reytinqdəki digər təmsilçisi "Neftçi" 66.5 xalla 146-cı yeri tutub. ümumilikdə 265 klubun olduğu siyahıda "Zirə" 253-cü pillədə (50.25 xal) qərarlaşıb.
 
Avropa reytinqinə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Sonrakı pillələrdə qərarlaşmış komandaların siyahısını təqdim edirik:
 
1. "Liverpul" (İngiltərə) – 273 xal
 
2. "çelsi" (İngiltərə) – 250
 
3. "Mançester Siti" (İngiltərə) – 248
 
4. "Real" (İspaniya) – 247
 
5. "Benfika" (Portuqaliya) – 228
 
6. "Portu" (Portuqaliya) – 224
 
7. "Leypsiq" (Almaniya) – 220
 
8. PSV (Niderland) – 215,5
 
9. "Bayern" (Almaniya) – 208
 
10. "Betis" (İspaniya) - 202

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest