Avropada 2022-ci ilin rəmzi komandası müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən il ərzində qitənin ən yaxşılarından ibarət heyət formalaşdırıb.
 
"11-lik"dəki futbolçulardan 4-ü son dünya çempionatının finalçısı Fransa yığmasının üzvləridi. Həmçinin Belçika, Niderland və Xorvatiya 2, Norveç isə 1 nəfərlə təmsil olunub.
Qapıçı: Tibo Kurtua (Belçika);
 
Müdafiəçilər: Denzel Dumfris, Virgil van Deyk (hər ikisi Niderland), Yoşko Qvardiol (Xorvatiya), Teo Ernandes (Fransa);
 
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya), Kevin de Bruyne (Belçika), Antuan Qrizmann (Fransa);
 
Hücumçular: Erlinq Haland (Norveç), Kərim Benzema, Kilian Mbappe (hər ikisi Fransa).
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest