"40 günlük istirahətdə hamı dincəldi, indi oynamaq istəyirik. Özüm də bu qolları Rusiya Premyer Liqasında davam etdirməyə çalışacağam"

"Krılya Sovetov"un hücumçusu Vladislav Şitov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində "Sumqayıt"la keçirilən yoxlama görüşünü dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 20 yaşlı forvard 1:0 hesabı ilə qalib gəldikləri oyunun nəticənin önəmindən bəhs edib.
 
Yeganə qolun müəllifi olan Rusiyanın gənclər millisinin üzvü bunun qarşıdakı oyunlara hazırlıq baxımından vacib olacağını deyib:
 
"İlk görüşdə qalib gəlmək vacib idi. Bu, məşqdə daha inamlı hiss etməyə, əhvalımızı yaxşılaşdırmağa imkan verəcək. Bizə çox köməyi olacaq. Məşqdə qısa meydançalarda çalışırdıq, amma burada bütün meydançada oynadıq. 40 günlük istirahətdə hamı dincəldi, indi oynamaq istəyirik. özüm də bu qolları Rusiya Premyer Liqasında davam etdirməyə çalışacağam".
 
Qeyd edək ki, Türkiyə toplanışını başa vuran "Sumqayıt" Premyer Liqanın ikinci yarısına hazırlığı ölkə daxilində davam etdirəcək.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest