Uzun müddətdi "Real"ın maraq dairəsində olan "çelsi"nin yarımmüdafiəçisi Eden Azara yeni müştəri çıxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də "Barselona" ulduz futbolçunu transfer etmək fikrinə düşüb.

Filipp Koutinyonun performansından məmnun qalmayan Kataloniya klubu Belçika millisinin üzvünə "elçi düşüb". "Barsa" Azarın transferi təqdirində braziliyalını satmağı planlaşdırır. Kataloniya təmsilçisi hətta bu keçid müqabilində "çelsi"yə 140 milyon avro da təklif edib.

Mövsümün sonunda "çelsi"dən ayrılmaqda qərarlı olan Eden Azar isə tez-tez açıqlamasında "uşaqlıq xəyalım "Real"da oynamaqdı" deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest