"İnkişaf etmək istəyiriksə, bəzi risklərə getməliyik. Unutmayaq ki, qarşımızdakı komanda da "Qarabağ" idi"

"üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Doğma azarkeşlərimiz önündə çıxış edirdik. Məncə, maraqlı oyun oldu. Yəqin ki, azarkeşlər futboldan həzz ala bildilər. Son dəqiqələrdə yol verdiyimiz diqqətsizlik pis təsir elədi. Amma ümumilikdə futbolçularımdan razı qaldım. Bu tempi saxlamaq vacibdir. Qarşıda bizi çox çətin mübarizə gözləyir. "Qarabağ"a da Konfrans Liqasında uğurlar arzulayıram". Matc.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Misli Premyer Liqasının XIX turunun "Qarabağ"la səfər oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Abbasov zədəli futbolçuların durumuna toxunub: "Zədəlilərdən Xulu Siyanda ikinci hissədə çıxış etdi. İki aya yaxın idi ki, oynamırdı. Antalyadakı yoxlama görüşlərində onu sınaqdan keçirmişdik, yaxşı təsir bağışlamışdı. Henri Okebuqvu zədədən sonra hələ tam formasında deyil. Qarşıdakı matçlarda ona da şans veriləcək".

- Yeni transferlərin hazırlıq durumu sizi qane edir?

- Denis Mandariçi bizimlə birlikdə təlim-məşq toplanışında olmuşdu. Meydançada 90 dəqiqə mübarizə aparmaq çətindir. çünki oyun praktikası azdır. Məncə, o, bu gün ən yaxşılardan idi. Belajdi Pusi bir həftədir bizə qoşulub. Bu gün ona görə meydana buraxdım ki, çempionatımızı hiss etsin. Komandada rəqabət olmasını istəyirik. Onlardan razı qaldım.

- 18 turda cəmi 6 top buraxan "Qarabağ"ın qapısına qol vurmaq asan məsələ deyildi. Ancaq sanki müdafiənizin mərkəzində boşluq var idi. Hər üç qolu da başla buraxdınız. Bu, mövqe səhvləri idi?

- Qışa qədər ən yaxşı cəhətimiz o idi ki, standart vəziyyət zamanı diqqətli olurduq. Ancaq bu gün hər üç topu "ikinci mərtəbə"də buraxdıq. Deməli, bu baxımdan işləməliyik. Bəzi futbolçularımız daha diqqətli olmalıdırlar. "Qarabağ"la oynayırsansa, müdafiədə boşluqlar olacaq. İnkişaf etmək istəyiriksə, bəzi risklərə getməliyik. Unutmayaq ki, qarşımızdakı komanda da "Qarabağ" idi.

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest