FİFA-nın bəzi maliyyə detalları açıqlanıb. Matc.az saytının məlumatına görə, nüfuzlu "Associated Press" nəşri bununla bağlı məqalə hazırlayıb.

Bildirilib ki, dünyanın ali futbol qurumu son 4 ildə (2015 – 2018) 6.4 milyard dollar qazanc əldə edib. Bununla da FİFA-nın nağd pul rezervləri rekord həddə - 2.74 milyard dollara çatıb.

Bundan başqa nəşr qurumun prezidenti Canni İnfantinonun qazancını da açıqlayıb. Məlum olub ki, italiyalı funksioner ötən il 1.9 milyon dollar həcmində rəsmi maaş, 550 min dollar isə mükafat alıb.

Onun sələfi Zepp Blatter isə 2015-ci ildə 3 milyon dollar məbləğində qazanc əldə etmişdi. Əlavə bonuslar və mükafatlar haqqında isə heç bir məlumat yayılmamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest