2023-cü ildə keçiriləcək UEFA Superkuboku oyununun keçiriləcəyi məkan dəyişib. Matc.az xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Rusiyada deyil, Yunanıstanda baş tutacaq. 
 
Belə ki, UEFA-nın qərarına əsasən Superkubok görüşü Kazanda yox, Afinada olacaq. 
 
Xatırladaq ki, Kazan 2023-cü ildə keçiriləcək UEFA Superkuboku matçına ev sahibliyi etmək hüququnu iki il əvvəl alıb. Bu, Rusiyada keçirilən ilk Avropa Superkuboku ola bilərdi.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest