İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Niderland yığmasının və İspaniyanın "Vilyarreal" klubunun yarımmüdafiəçisi Arno Danjumanı heyətinə qatıb.
 
25 yaşlı vinger satınalma şərti ilə bu mövsümün sonunadək icarəyə götürüb.
 
PSV-nin yetrməsi olan futbolçu "NEK Neymegen", "Brügge" və "Bornmut" kimi klubların da formasını geyinib. O, 2021-ci ildən formasını geyindiyi "Vilyarreal"da 51 oyuna 22 qol. Danjuma Niderland yığmasında da 6 oyuna çıxıb, 2 qol vurub.
 
Danjumanı "Tottenhem"ə icarəyə verən "Vilyarreal" da "Jirona"dan Ramon Terratsı icarəyə götürüb. İspaniyadan olan 22 yaşlı futbolçunun bu mövsümün sonunadək icarədə oynayacağı açıqlanıb. 2020-ci ildən "Jirona"da forma geyinən Terrats, bu komandada 56 oyun keçirib.
 
"Jirona" isə ABŞ-ın "Nyu York Siti" klubundan Aleksander Kalyensi transfer edib. Peru milli komandasının da üzvü olan 30 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Mərkəz müdafiəçisi 2017-ci ilin yanvar ayından MLS təmsilçisində çıxış edirdi. O, bu komandada 193 matçda 15 qol vurub. Daha öncə İspaniyada "Real Sosyedad" və "Numansiya"nın da uğurları üçün çalışmış futbolçu ölkəsində də "Sport Boys"un formasını geyinib. O, millidə 34 oyuna çıxıb, 1 qola imza atıb.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest