Avropada gənc futbolçulardan ibarət 2022-ci ilin rəmzi komandası müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin simvolik "11-liy"ini açıqlayıb.
 
Siyahıya 20 yaşı hələ tamam olmayan oyunçular salınıb. Heyətdə ən çox futbolçu ilə İspaniya təmsil olunub. "Barselona"nın 3 üzvü rəmzi komandaya düşüb.
Qapıçı: Qavin Bazunu (İrlandiya);
 
Müdafiəçilər: Antonio Silva, Nuno Mendeş (hər ikisi Portuqaliya), Yoşko Qvardiol (Xorvatiya);
 
Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya), Cüd Bellingem (İngiltərə), Eduardo Kamavinqa (Fransa);
 
Hücumçular: Camal Musiala, Kərim Adeyemi (hər ikisi Almaniya), Ansu Fati (İspaniya).
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest