İspaniya kubokunun 1/4 final mərhələsində "Real"la (Sosyedad) oyun "Barselona" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin minimal hesabla qələbə qazandığı görüşdə vurduğu qol tarixə düşüb.

"Nou Kamp" stadionunda baş tutan qarşılaşmada yeganə qolu 52-ci dəqiqədə Osman Dembele vurub və bu qol İspaniya kubokunun 121 illik tarixində 1500-cü olub. Bu göstəriciyə çatan ilk komanda "Barselona"dır.

Qeyd edək ki, İspaniya kubokunda qələbələrin sayına görə rekord da 31 dəfə kuboku qazanan "Barselona"ya məxsusdur.

 

TURAN

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest