Pike 2022-ci ilin iyun ayında məşhur müğənni Şakira ilə 11 illik evliliyindən sonra boşanmaq məcburiyyətində qalmışdı. Kolumbiyalı müğənni futbolçunun ona xəyanət etdiyini əsas gətirərək ayrılmağa qərar vermişdi.

İspaniya yığmasının və "Barselona"nın sabiq müdafiəçisi Jerar Pike keçmiş həyat yoldaşı, kolumbiyalı müğənni Şakiradan ayrıldıqdan sonra ilk dəfə yeni sevgilisi ilə fotosunu paylaşıb. Matc.az xəbər verir ki, bu, ispan model Klara çia Martidir.

Pike 2022-ci ilin iyun ayında məşhur müğənni Şakira ilə 11 illik evliliyindən sonra boşanmaq məcburiyyətində qalmışdı. Kolumbiyalı müğənni futbolçunun ona xəyanət etdiyini əsas gətirərək ayrılmağa qərar vermişdi. İddiaya görə, Pike ona məhz indiki sevgilisi ilə xəyanət edirmiş.

Pike və Şakiranın iki övladı var: Milan və Saşa. 35 yaşlı keçmiş futbolçu 2022-ci ilin noyabrında peşəkar futboldan getdiyini açıqlayıb.

XƏYAL

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest