"İsrafilov "Zirə" ilə ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündən sonra ağrıları olduğu üçün əvəzlənmişdi. Sonradan MRT-də müəyyən olunmuşdu ki..."

"Neftçi"nin 3 futbolçusu Misli Premyer Liqasının XIX  turunda "Sabah"la oyunu buraxacaq. Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında deyib.
 
O bildirib ki, yarımmüdafiəçilər Rəhman Hacıyev, Eddi İsrafilov və Fərid Yusifli zədə ucbatından bugünkü matçda iştirak etməyəcəklər:
 
"Rəhman Hacıyevə təlim-məşq toplanışında baldır əzələsinin dartılması diaqnozu qoyulmuşdu. Müalicələr olunub, hazırda fərdi hərəkətlərlə məşğul olur. Gələn həftədən komandaya qoşulmasını planlaşdırırıq. Eddi İsrafilov "Zirə" ilə ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündən sonra ağrıları olduğu üçün əvəzlənmişdi. Sonradan MRT-də müəyyən olunmuşdu ki, iç bağda ikinci dərəcəli dartılma var. Bu da çox vaxt tələb edən zədədi. Hazırda müalicəsi davam edir, yüngül hərəkətlərlə kifayətlənir. Fərid Yusifli isə ikitərəfli qasıq yırtığının əməliyyatına məruz qalıb. Hazırda vəziyyəti stabildi, yüngül məşqlərə başlayıb. Durumundan asılı olaraq komandaya qoşulacaq".
 
Qeyd edək ki, "Sabah" – "Neftçi" oyunu saat 19:00-da başlayacaq.
 
TURAN 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest