Polşa Ekstraklasasının XXIV turunda Plotsk "Visla"sı ilə "Krakoviya" arasında keçirilən oyunda xoşagəlməz hadisə yaşanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, birincilərin 3:2 hesabı ilə qalib gəldiyi görüşdə baş hakim Bartoş Frankovski iki dəfə qırmızı vərəqəyə əl atıb.

Hesab 2:2 olarkən "Visla"nın müdafiəçisi Sezari Stefançuk birbaşa qırmızı alaraq meydandan qovulub. Ona qədər isə başqa bir komanda yoldaşı da "qırmızı" ilə cəzalandırılmışdı. "Visla" 9 nəfərlə qalmasına baxmayaraq, əlavə edilmiş dəqiqələrdə qol vuraraq, 3:2 hesablı qələbə qazanıb.

Maraqlısı burasındadı ki, Stefançuk hakimin qərarına etiraz əlaməti olaraq başını onun başına toxundurduğu üçün meydandan qovulub. Bu səbəbdən 35 yaşlı cinah oyunçusu 6 aylıq diskvalifikasiyaya məruz qalıb.

Hadisəyə "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak da biganə qalmayıb. O, sosial şəbəkə vasitəsilə həmkarına kəsilən cəzanın ağır olduğunu yazıb: "Stefançuka çox şişirdilmiş cəza verilib. Ona görə çox məyusam. çünki bu cəza ilə onun karyerasını bitirə bilərsiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest