"Barselona" müdafiəçisi Markos Alonsoyla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi. 
 
Xatırladaq ki, Alonso 2022-ci ilin sentyabrında "Barselona" ilə 1 illik müqavilə imzalamışdı. 32 yaşlı müdafiəçi cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 2 qol vurub. 
 
Alonso "Barselona"nın əzəli rəqibi olan Madrid "Real"ının yetirməsidir. O, karyerası ərzində "Bolton", "Fiorentina", "Sanderlend" və "çelsi"nin də uğurları üçün çalışıb. Təcrübəli futbolçu İspaniya yığmasında 9 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest