Qapıçı axtarışlarını davam etdirən "Qarabağ" "Aris"in qolkiperi Vana Alvesə "elçi düşüb". Matc.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
 
Ağdam klubunun braziliyalı futbolçu üçün qarşı tərəfə təklif göndərdiyi də vurğulanıb. Azərbaycan çempionunun sərfəli təklifinə baxmayaraq, limassollular buna "yox" cavabını veriblər. "Aris" rəhbərliyi bir neçə klubun maraq dairəsində olan 32 yaşlı qapıçısını komandada saxlamaq niyyətindədi.
 
Qeyd edək ki, Vana Alves 2021-ci ildən "Aris"də çıxış edir.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest