"Liverpul" hücumçusu Roberto Firminonu komandada saxlamağı bacarıb. Matc.az xəbər verir ki, Braziliya millisinin forvardı "qırmızılar"la yeni müqavilə imzalayıb.
 
İtaliyalı jurnalist Nikolo Skiranın yaydığı məlumata görə, 31 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə sözləşməsini 2025-ci ilin yayına qədər uzadıb. Müqaviləyə müddətin daha bir il uzadılması bəndi də salınıb. 
 
Qeyd edək ki, Roberto Firmino 2015-ci ildən "Liverpul"da çıxış edir.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest