Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç "Neftçi"nin qonağı olub. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə görüşdə klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov və baş məşqçi Roberto Bordin iştirak edib.

Tədbirdə "Neftçi"nin son zamanlar milli komandaya dəvət olunmuş və digər yerli futbolçuları ilə bağlı fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest