Əldə olunmuş razılığa əsasən, Kvabena Ovusu "Ferentsvaroş" klubuna transfer olub

"Qarabağ" hücumçusu Kvabena Ovusu ilə vidalaşıb. Matc.az xəbər verir ki, Ağdam klubu qanalı forvardı Macarıstanın "Ferentsvaroş" klubuna satıb.
 
Klub Ovusunun transferi ilə bağlı yaydığı rəsmi açıqlamada bunları qeyd edib:
 
"Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Ovusuya göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest