"Mançester Siti"nin müdafiəçisi Joao Kanselo komandasını dəyişib. Matc.az xəbər verir ki, 29 yaşlı sağ cinah oyunçusu Almaniyaya köçüb.
 
Bundesliqa nəhəngi "Bavariya" Portuqaliya millisinin üzvünü heyətinə qatdığını açıqlayıb. "Bavariya" ulduz futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb. Tərəflər arasında razılığa əsasən, almanlar yayda onu birdəfəlik transfer etmək hüququna malik olacaq.
 
Qeyd edək ki, 2019-cu ildən "Mançester Siti"də çıxış edən Joao Kanselo cari mövsüm 26 oyun keçirib, 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest