"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksenin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Danimarka millisinin üzvü ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
O, İngiltərə Kubokunda "Ridinq" üzərində 3:1 hesabı ilə qalib gəldikləri görüşün 57-ci dəqiqəsində zədələnərək əvəzlənib. Topuq nahiyəsindən xəsarət alan Eriksenin ən yaxşı halda mayın əvvəllərində kollektivə qoşulması gözlənilir. Ulduz futbolçunun hətta mövsümü başa vurması ehtimalı da istisna olunmur.
 
Qeyd edək ki, 31 yaşlı pleymeyker bu mövsüm bütün turnirlərdə 31 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest