Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

"Kəpəz" klubu Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutan "Səbail"lə səfər oyununda bıçaqlanan azarkeşi ilə bağlı açıqlama yayıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.
 
Hazırda onun həyatı üçün təhlükə yoxdur.  
 
Klubdan verilən məlumatda o da bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest