PSJ-nin qapıçısı Keylor Navas komandasını dəyişib. Matc.az xəbər verir ki, Kosta-Rika millisinin qolkiperi "Nottingem Forest"ə transfer olunub.
 
37 yaşlı futbolçunun müqaviləsində hərtərəfli razılıq əldə edilib. Ancaq transferin təfərrüatları barədə hələlik məlumat verilməyib. İngilislər daha əvvəl Navası icarəyə götürməyi planlaşdırırdılar. Lakin sonda tərəflər birdəfəlik transferdə ortaq məxrəcə gəliblər.
 
Qeyd edək ki, 2019-cu ildən PSJ-nin formasını geyinən Keylor Navas cari mövsüm cəmi 2 oyunda çərçivəni qoruyub.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest