Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Canni De Byazinin baş məşqçi olduğu kollektiv "qırmızı şeytanlar"a qarşı ilk oyununu bu il sentyabrın 9-da Bakıda keçirəcək

Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən Belçika yığmasının yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib. Matc.az xəbər verir ki, adıçəkilən komandanı Domeniko Tedesko çalışdıracaq.
 
Belçika Futbol Assosiasiyasının nümayəndələri italiyalı çalışdırıcı ilə əməkdaşlığın maliyyə və idman şərtlərini Belçikada müzakirə edib və razılığa gəliblər. 38 yaşlı mütəxəssislə müqavilə 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna kimi nəzərdə tutulub. O, bu postda Dç-2022-dən sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib.
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Canni De Byazinin baş məşqçi olduğu kollektiv "qırmızı şeytanlar"a qarşı ilk oyununu bu il sentyabrın 9-da Bakıda keçirəcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest