London "Arsenal"ı heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, "topçular" İtaliya millisinin və İngiltərənin "çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo ilə güclənib.
 
Əslən Braziliyadan olan 31 yaşlı italiyalı futbolçu yeni klubu ilə 1.5 + 1 illik müqaviləyə imza atıb. "Arsenal" bu transfer üçün "çelsi"yə 11.3 milyon avro ödəyib.
 
"Verona"nın yetirməsi olan futbolçu "Napoli"də parlayıb. "çelsi" onu 2018-ci ildə məhz bu klubdan 57 milyon avro qarşılığında transfer etmişdi. Təcrübəli futbolçu "zadəganlar"ın heyətində meydana çıxdığı 213 oyunda 29 qol vurub. O, İtaliya yığmasında da 46 oyuna 5 qol vurub.
 
"çelsi" gənc yarımmüdafiəçisi çezare Kasadeyi də "Ridinq"ə icarəyə verib. İtaliyadan olan 20 yaşlı futbolçu mayın 31-nə qədər çempionşip təmsilçisində forma geyinəcək.
 
"Arsenal" da iki futbolçusunu icarəyə verib. Əslən Tunisdən olan niderlandlı 21 yaşlı mərkəz müdafiəçisi Omar Rekik "Uiqan"a keçib. Braziliyalı hücumameyilli yarımmüdafiəçi, 19 yaşı olan Markinyos isə "Norviç Siti"yə göndərilib. Onların da icarə müqaviləsinin müddəti mayın 31-nə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest