Afrika Millətlər Kubokunda yarımfinal oyunları keçirilib. Matc.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

Əlcəzair və Niger yığmalarının oyununda meydan sahibləri darmadağına seviniblər. Seneqal millisi isə Madaqaskarı tək qolla üstələyib.

Beləliklə, finalda Əlcəzair və Seneqal yığmaları qarşılaşacaqlar. Bu oyun fevralın 4-də keçiriləcək.

Bundan bir gün öncə isə Niger və Madaqaskar komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.

Xatrıladaq ki, qitə birinciliyi ilk dəfədir Əlcəzairdə təşkil olunur.

Afrika Millətlər Kuboku
Yarımfinal
31 yanvar

Əlcəzair – Niger 5:0
Qol: A.Abdellaui, 15. Mahius, 23; 34. Bureyma, 45-öz qapısına. Bayazid, 83.

Seneqal – Madaqaskar 1:0
Qol: Diallo, 5.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest