Topaz Premyer Liqasının XX turunda "Zirə" ilə keçiriləcək oyunun hazırlıqlarını davam etdirən "Qarabağ"da zədəli futbolçu sıraya dönüb. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Miçel komanda ilə məşqlərə qoşulub.

Zədə ucbatından bu il meydana çıxmayan ispaniyalı orta sahə oyunçusu bu gündən kollektivlə birlikdə məşqlərdə iştirak edir. Lakin onun həftəsonu meydana çıxıb-çıxmayacağı sual altındadı. Uzun müddətdi yaşıl meydanlardan uzaq qalan legionerə baş məşqçi Qurban Qurbanovun ən yaxşı halda son dəqiqələrdə şans verməsi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" oyunu martın 9-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest