"Gent" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək oyunların iştirak ərizəsini açıqlayıb. Matc.az xəbər verir ki, Belçika təmsilçisi Avropanın üçüncü dərəcəli klub turnirinin qarşıdakı mərhələsi üçün 28 oyunçunu sifariş edib.
 
Siyahıdakı futbolçulardan 22-si  A, 6-sı isə B siyahısının üzvləridi. Rene Vanden Borr, Bram Laqe, Rune Van Den Berq, Noa De Ridder, Robbi Van Huter və Malik Fofana B siyahısına salınan gənclərdi. Xeyn Vanhazebruk "Qarabağ"la matçlarda 12 əcnəbiyə güvənəcək.
 
Qapıçılar: 1. Pol Nardi (Fransa), 33. Deyvi Rof, 40. Rene vanden Borr;
Müdafiəçilər: 2. Yozef Okumu (Keniya), 5. Maykl Nqadye-Nqadjui (Kamerun), 14. Alessio Kastro-Montes, 15. Bram Laqe, 21. Andreas Hançe-Olsen (Norveç), 23. Cordan Torunariqa (Almaniya), 25. Nurio Fortuna (Portuqaliya), 27. Rune van den Berq, 31. Bruno Godo, 35. Sederik van Dele;
 
Yarımmüdafiəçilər: 6. Elişa Ovusu (Qana), 7. Honq Hyunsek (Cənubi Koreya), 8. Vadis Ocica-Ofoe, 12. Noa de Ridder, 13. Julyen de Sart, 17. Endryu Hyulsaqer (Danimarka), 18. Matiss Samuaz, 22. Sulayman Marre (Qambiya), 24. Sven Kums, 28. Robbi van Huter;

Hücumçular: 9. Darko Lemayiç (Serbiya), 10. Yens Petter Hauqe (Norveç), 11. Uqo Keypers, 19. Malik Fofana, 29. Loran Depuatr.
 
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında oyunlar fevralın 16-da Bakıda, bir həftə sonra isə Gentdə keçiriləcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest