Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç klublarla işbirliyinə başlayıb. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis iki klubun bazasında olub.

Belə ki, o, "Qarabağ" və "Neftçi"ni ziyarət edib. Yurçeviç hər iki komandadakı həmkarı - Qurban Qurbanov və Roberto Bordinlə görüşüb.

Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest