İngiltərə Liqa Kubokunda yarımfinalın ikinci matçı keçirilib. Matc.az xəbər verir ki, sonuncu finalçı "Mançester Yunayted" – "Nottingem Forest" matçında müəyyənləşib.

"Qırmızı şeytanlar" inamlı qələbə sayəsində həlledici oyuna vəsiqə qazanıblar.

Beləliklə, fevralın 26-da keçiriləcək final matçında "Nyukasl"la "Mançester Yunayted" üz-üzə gələcəklər.

İngiltərə Liqa Kuboku
Yarımfinal

31 yanvar

Nyukasl – Sauthempton 2:1
Qol: Lonqstaff, 5; 21 – Adams, 29.

1 fevral

Mançester Yunayted – Nottingem Forest 2:0
Qol: Marsyal, 73. Fred, 76.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest