PSJ-nin hücumçusu Kilian Mbappe çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçını - "Bayern"lə ev oyununu buraxa bilər. Matc.az xəbər verir ki, ulduz futbolçu "Monpelye"yə qarşı Liqa 1 qarşılaşmasında (3:1) dizindən xəsarət alıb.
 
Həmin görüşün 20-ci dəqiqəsində əvəzlənən Mbappe ilkin ehtimallara görə, 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Xatırladaq ki, PSJ - "Bayern" oyunu fevralın 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest