Misli Premyer Liqasının XX turu "Səbail"in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib.
 
Bu yubiley "Kəpəz"lə ev matçına təsadüf edib. Cabir 100 qarşılaşmada 2 qola imza atıb.
 
Müdafiəçi Premyer Liqada 2016/17 mövsümündə debüt edib. O, bu müddətdə 4 klubun formasını geyinib. "Keşlə"də 45 (1 qol), "Səbail"də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu "Sumqayıt"da 7, "Neftçi"də 4 oyuna çıxıb.
 
Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub. Sonuncu dəfə 2022-ci oktyabrın 8-də "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "Səbail" 115 gündən sonra 3 xal qazanıb. Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest