Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti futbol məşqçilərinin işi ilə bağlı maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis La Liqanın 17-ci turundan təxirə salınmış "Valensiya" ilə oyundan öncəki mətbuat konfransında Cennaro Qattuzonun bir neçə gün əvvəl rəqibin baş məşqçi postundan qovulmasını belə şərh edib:
 
"Bu, məşqçilər üçün reallıqdır. Qvardioladan başqa hamımız qovulmuşuq. Amma hətta Pep də işləməyə davam edərsə, bir gün işdən çıxarılacaq. Bu mənim karyeramda olub, amma mən hələ də buradayam".
 
Xatırladaq ki, "Real" "Valensiya" ilə bu gün qarşılaşacaq.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest