"Avstriyadakı 50 minlik "Ernst Happel" və ya 30 min tamaşaçı tutumuna malik "Allianz Arena"da oynamağımızı istərdim"

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasında baş məşqçi Ralf Ranqnik azarkeş marağından narazıdı. Matc.az xəbər verir ki, Almaniyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyunun Linzdəki "Rayffeisen Arena"da keçirilməsindən məmnun deyil.
 
çünki adıçəkilən stadion cəmi 5000 azarkeş tutumuna malikdi:
 
"Avstriyadakı 50 minlik "Ernst Happel" və ya 30 min tamaşaçı tutumuna malik "Allianz Arena"da oynamağımızı istərdim. Ancaq bu stadionlarda oynamaq üçün yüksək səviyyədə çıxış etməliyik ki, azarkeşləri tribunalara cəlb edə bilək. 2022-ci ilin son beynəlxalq matçında Avropa çempionu İtaliya üzərində 2:0 hesablı qələbə qazandığımız matçı belə, 18 min azarkeş izləmişdi. Xüsusən də, "Allianz Arena"da əla atmosfer yaratmaq olar".
 
Baş məşqçi iyunda İsveçlə keçiriləcək qarşılaşmanın "Allianz Arena"da olmasını arzulayır: "Bu stadionda İsveçə qarşı oynamağımızı təsəvvür edirəm. Stadionda bu cür matçlar üçün lazım olan hər şey var".
 
Qeyd edək ki, Avstriya seçmə mərhələdə ilk oyununu martın 24-də Azərbaycan millisinə qarşı keçirəcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest