"Həbsxana boz, bir az kifli yerdir". Matc.az xəbər verir ki, bunu 2017-ci ilin mayında çirkli pulların yuyulması ittihamı ilə həbs edilmiş "Barselona" klubunun sabiq prezidenti Sandro Rosel deyib.

2019-cu ilin fevralında, 643 gün həbsdə qaldıqdan sonra bəraət alaraq azadlığa çıxan Rosel həbsxana həyatından danışıb. O, "Marca"ya müsahibəsində bildirib ki, türməyə çatanda insanlığınızı kəşf edirsiniz: "Bu, duyğuların, rənglərin, kədərin və hətta gülüşün daimi kontrastıdır. Mən həmişə çox məntiqli olmağa çalışmışam.

Ondan əvvəl heç vaxt ağlamamışdım, amma orada bir neçə dəfə başıma gəldi. Sonra özümü daha yaxşı hiss etdim. Həbsxanaya çatanda bir bağlama prezervativ və vazelin vermişdilər. Bunun səbəbini öyrəndim. Həbsxanada çoxlu homoseksual əlaqələr olur. Hətta homoseksual olmasan belə…"

 

TURAN

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest