"Opta" statistika şirkəti klubların dünya reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, 183 ölkənin 413 çempionatından 13 min 480 klub adıçəkilən şirkət tərəfindən sıralanıb.
 
Azərbaycan klubları arasında ən yüksək reytinqə "Qarabağ" malikdi. Ağdam təmsilçisi 84,4 reytinq xalı ilə ilk "100-lük"də qərarlaşıb. İki pillə irəliləyən Qurban Qurbanovun yetirmələri 66-cı sıradadı. Azərbaycan çempionu "Flamenqo", "Valensiya", "Fiorentina", "River Pleyt" kimi tanınmış klubları qabaqlayır. Ağdamlılar eyni zamanda Türkiyənin bütün klublarından yüksək göstəriciyə malikdi.
 
Reytinqə "Bavariya" başçılıq edir. Almaniya təmsilçisinin aktivində 100 xal var. "Mançester Siti" (98,9) ikinci, "Liverpul" (65,6) isə üçüncü yerdədi.
 
Azərbaycan klublarının reytinqdəki mövqeləri:
66. "Qarabağ" – 84,3 xal
256. "Neftçi" – 76,8
287. "Sabah" – 76,0
540. "Zirə" – 72,9
693. "Qəbələ" – 71,3
1321. "Turan Tovuz" – 66,8
1407. "Şamaxı" – 66,4
1575. "Sumqayıt" – 65,5
1759. "Kəpəz" – 64,6
1896. "Səbail" – 63,9
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest