Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç AFFA ilə müqaviləni rəsmiləşdirib. Onunla 1+2 illik anlaşma imzalanıb. Matc.az xorvat məşqçinin ölkəmizdə alacağı maaşı da müəyyənləşdirib. Yurçeviç 1 il ərzində 1 milyon avronu cibinə qoyacaq. Bu, Robert Prosineçkiylə anlaşmanın eynidi.

AFFA Yurçeviçin əcnəbi köməkçilərinə əlavə pul ödəməyəcək. Onların əməkhaqqı da bu məbləğə daxildi. Xəbəri AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla futbolinfo.az saytına açıqlamasında rəsmən təsdiqləyib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest