İspaniya Kral Kubokundan sonra çempionlar Liqasında da mübarizəni dayandıran "Real"da problemlər bitmək bilmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Ayaks"la qarşılaşmadan sonra azarkeşlərin tənqidi ilə üzləşən qapıçı Tibo Kurtua paparatsi ilə dava edib.

Belə ki, görüşdən sonra şəxsi avtomobili ilə şəhərə çıxan Belçika millisinin üzvü onu izləyən paparatsi ilə mübahisə edib. Şəklinin çəkilməsini istəməyən qolkiper avtomobilindən əşyalar ataraq, jurnalistə zərər vurmağa çalışıb. Daha sonra qolkiper hücum çəkməyə cəhd edib ki, bu da tərəflər arasında gərginliyə səbəb olub.

Kurtua mübahisənin ardından tələsik hadisə yerindən uzaqlaşıb. Media nümayəndəsi isə polisə şikayət edib. Polislər qolkiperi ifadə verməyə çağırsalar da, jurnalist sonradan şikayətini geri çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest