çempionlar Liqasının 1/8 final mərhələsində "Porto"ya məğlub olaraq mübarizəni dayandıran "Roma"da hərəkətli günlər yaşanır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Eusebio Di Françeskonun ardından bir bir istefa gündəmdədi.

Belə ki, idman direktoru Monçinin tezliklə vəzifəsindən ayrılması gözlənilir. Di Françeskonun gedişindən sonra klubun bazasını tərk edən Monçi yaxın günlərdə istefa qərarını açıqlamağı planlaşdırır.

Qeyd edək ki, "Roma" İtaliya A seriyasında 26 turdan sonra 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest