"Neftçi"nin keçmiş qapıçısı Boban Baykoviç məşqçiliyə başlayıb. Məşqçilik kursunu bitirən 34 yaşlı qolkiperin ilk iş yeri də məlumdu. Son klubu məhz "Neftçi" olan Baykoviç bundan sonra Serbiyanın gənclər yığmasında fəaliyyət göstərəcək.

"Neftçi"nin keçmiş qapıçısı Boban Baykoviç məşqçiliyə başlayıb. Matc.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, məşqçilik kursunu bitirən 34 yaşlı qolkiperin ilk iş yeri də məlumdu.

Son klubu məhz "Neftçi" olan Baykoviç bundan sonra Serbiyanın gənclər yığmasında fəaliyyət göstərəcək. O, yığmasında qapıçılarla işləyən məşçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 2017-ci ilin yanvarında "Neftçi"yə keçən Baykoviç həmin ilin yayında komandadan ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest