çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən PSJ - "Mançester Yunayted" oyununda qonaqların qazandığı penalti uzun müzakirələrə səbəb olub. Matc.az saytı xəbər verir ki, fransızlar rəqibin məhz yanlış təyin edilmiş penalti sayəsində mərhələ adladıqlarını düşünürlər.

Artıq UEFA da sloveniyalı baş hakim Damir Skominanın qərarına qiymət verib. Qitə futbol qurumu referinin nəyə görə penalti təyin etdiyinə aydınlıq gətirib: "Videoassistent bir neçə kadrdan epizodu müəyyən etməyə çalışdı. Oyunun dinamikası baş hakimin vəziyyəti düzgün görməsini əngəlləyirdi. O, VAR-a baxaraq qərar verməyi üstün tutdu. Baş hakimin qənaətincə, zərbə vuran oyunçu ilə müdafiəçi arasında məsafə qısa deyildi və zərbə də gözlənilməz olmadı. Bu üzdən müdafiəçinin əlini bədəninə birləşdirmək üçün vaxtı var idi. Nəticədə qapıya ünvanlanan topun qarşısını əllə kəsdi. Buna görə də, baş hakim qaydanın pozulduğu qənaətinə gəldi".

Qeyd edək ki, evdə 0:2 hesabı ilə uduzan "Mançester Yunayted" səfərdə qazandığı qalibiyyət (3:1) sayəsində 1/4 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest