"Liverpul"un iki futbolçusu zədəsini sağaldıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis mərkəz müdafiəçiləri Co Qomes və Deyan Lovrenin zədəsini sağaltdığını söyləyib. Ayağındakı qırıq sağalan Qomes artıq yüngül məşqlərə başlayıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla oyun üçün Xorvatiya yığmasına da çağırılan Lovren isə iki aydan sonra kollektivə qoşulub və tezliklə yaşıl meydanlara dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest