Ötürmələrdə hiss olunurdu ki, uşaqlar əziyyət çəkirlər. Buna baxmayaraq, oynamalı idik. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə uşaqlarla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq.

"Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq". Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.
 
Topaz Premyer Liqasının XX turunda "Keşlə"nin qonağı olan debütant böyükhesablı məğlubiyyətlə üzləşib - 0:3.
 
Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "15-20 dəqiqə normal futbol oynadıq. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə uşaqlarla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq".
 
- Meydanın durumu oyununuza nə dərəcədə təsir etdi?
 
- Hiss olunurdu. ötürmələrdə hiss olunurdu ki, uşaqlar əziyyət çəkirlər. Buna baxmayaraq, oynamalı idik.
 
- Futbolçuların fiziki gücü sanki tükənmişdi...
 
- Fiziki deyil, psixoloji cəhətdən bunu deyə bilərəm.
 
- Stamenkoviçin çıxışını qiymətləndirərdiniz. Sanki hər iki qol onun səhvinin nəticəsi idi...
 
- Saşa bizim köməyimizə çox çatıb. O, bizim üçün lazımlı futbolçudu. Müdafiədə səhvlərimiz çox olur. Bunları araşdıracağıq.
 
- Ardıcıl məğlubiyyətlərdən sonra düşünmürsüz ki, komandaya fərqli yanaşma lazımdı?
 
- Bəli, lazımdı. Uşaqlarda psixoloji durumu düzəltməyə çalışacağıq.
 
- "Qarabağ"dan xal alandan sonra sanki arxayınlıq yaranıb...
 
- "Neftçi" ilə görüşdə bu ola bilərdi. Amma bu gün belə deyildi.
 
- Təmkin Xəlilzadənin zəif çıxışının səbəbi nə idi?
 
- Təmkin iki gün idi komanda ilə məşq edirdi. Tam hazır deyildi, bu da meydanda hiss olunurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest