Rusiya Premyer Liqasının XIX turunda "Yenisey"lə üz-üzə gələn "Krılya Sovetov" növbəti qələbəsini qazanıb. Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada komandasının 4 qolundan sonuncusuna imza atan milli komandamızın üzvü Ramil Şeydayev qarşılamadan sonra klubun rəsmi saytına müsahibə verib.

Gənc forvard bu uğurunun davamlı olacağına ümidvar olduğunu bildirib: "ümid edirəm ki, yaxşı seriya başlatmışam və qol vurmağa davam edəcəm. Şadam ki, bu gün fərqləndim və komandam da qalib gəldi. İndi komanda olaraq bizə daha asan olacaq, çünki özünəinam qazanmışıq. İki oyunda 4 xal qazanmışıq və getdikcə daha yaxşı işlər görəcəyik".

- Vurduğunuz qol haqqında nə deyə bilərsiniz?

- Top mənə tərəf sıçradı və zərbə vurdum. Samaric məndən qabaq vura bilərdi, amma belə alındı.

- Moskvadakı uğurlu oyundan sonra ehtiyatda qalmaq sizi narahat eləmədi?

- Xeyr, bu, məşqçinin qərarıdı və hörmət eləmək lazımdı. Əsas məsələ bundan ruhlanmaq və daha çox işləmək lazımdı.

- Aleyniçev "Yenisey"i ailə adlandırmışdı, amma belə görünür ki, əsl ailə "Krılya"dı...

- Meydanda olanlar paltardəyişmə otağındakı atmosferə də təsir edir. Yaxşı futbol göstəririk və bu da komandada əla atmosfer yaradır.

- 8-ci yer tutmaq üçün xüsusi ambisiyanız var?

- Baxacağıq. Oyundan-oyuna artırmalıyıq. Artıq 4 xal qazanmışıq. Növbəti hədəf "Anji"yə        qalib gəlməkdir. ümumiyyətlə, bütün oyunlarda qələbə qazanmalıyıq. Mövsümün sonunda isə görək "ilk səkkizliy"ə düşə biləcəyikmi?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest