"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Yuventus"u çalışdıra bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis "qoca sinyora" ilə danışıqlara başlayıb.

Bu həftə Turində olan Zidan "Yuventus" rəhbərliyi ilə danışıq masası arxasında əyləşib. Görüşdə klub prezidenti Andrea Anyelli iştirak etməsə də, tərəflər keçidi müzakirə ediblər. Lakin onun xidmətində həmçinin "Real" da maraqlıdı. Yaxın günlərdə bu məsələnin dəqiqləşməsi gözlənilir.

Qeyd edək ki, Zinəddin Zidan 1996-2001-ci illərdə "Yuventus"un formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest