İspaniya La Liqa2-də XXIX turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" turu səfərdə keçirib.

Bu gün baş tutan ilk qarşılaşmada komanda "Rayo Mayadahonda"nın qonağı olub. Hər hissənin sonlarında bir dəfə fərqlənən "Rayo Mayadahonda" görüşdən 2:0 hesablı qalibiyyətlə ayrılıb. Eddi isə 90 dəqiqəni əvəz edilmədən keçirib.

29 turdan sonra "Alkorkon" 42 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest