Dünya çempionatı ilə bağlı növbəti rüşvət qalmaqalı yaşanır. FİFA-nın DÇ-2022-ni Qətərə verməsi 880 milyon dollara başa gəlib. Belə ki, iddiaya görə, Qətər tərəfi mundialın ev sahibliyini qazanmamışdan 3 həftə əvvəl ali futbol qurumuna 400 milyon dollar təklif edib.

Dünya çempionatı ilə bağlı növbəti rüşvət qalmaqalı yaşanır. Matc.az saytı Britaniyanın "Times" nəşrinə istinadən xəbər verir ki, FİFA-nın Dç-2022-ni Qətərə verməsi 780 milyon dollara başa gəlib.

Belə ki, iddiaya görə, Qətər tərəfi mundialın ev sahibliyini qazanmamışdan 3 həftə əvvəl ali futbol qurumuna 300 milyon dollar təklif edib. Daha sonra FİFA-ya daha 480 milyon dollar boyun olan qətərlilər dünya çempionatının təşkilatçılığını qazanıblar.

Bir sözlə, həmkarlarımız Qətərin FİFA-ya gizlincə 880 milyon dollar ödədiyini iddia ediblər. Bu məsələdə FİFA-nın sabiq prezidenti Zepp Blatter günahlandırılır. İsveçrə polisi artıq bununla bağlı araşdırmaya başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest