AFFA daha bir məsələ ilə bağlı tender elan edib. Matc.az xəbər verir ki, assosiasiya bu dəfə süni örtüklü meydançaların inşası prosesi üçün hərəkətə keçib.

Məqsəd futbolun kütləviyinin artırılması və müxtəlif bölgələrdə tikiləcək yeni meydançalar üçün 5 ədəd süni ot örtüyünün alınmasıdı. Bununla bağlı tender elan olunub. Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması əsas meyarlardan biridi.

"Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərmək vacibdi. Bu təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək. Tenderə qatılmaq istəyənlər mayın 1-nə qədər tələb olunan sənədləri assosiasiyaya təqdim etməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest