2020-ci ildə keçiriləcək Avropa çempionatının talismanı martın 24-də Amsterdamdakı "Yohan Kroyf Arena"da təqdim olunacaq. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, talisman AVRO-2020-nin seçmə mərhələsində Hollandiya-Almaniya oyunundan əvvəl göstəriləcək.

Qeyd ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun - 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil olunacaq. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar, müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest