AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycana qarşı keçirəcək Avstriya yığmasında heyətlə bağlı problemlər bitmək bilmir. Matc.az saytı xəbər verir ki, Ralf Ranqnikin milliyə çağırdığı daha iki futbolçunun durumu qeyri-müəyyəndi.

Aleksander Şlager, Filip Linxart, Matias Honsak və Marko Arnautoviçi zədə ucbatından sonradan heyətdən çıxarmalı olan almaniyalı mütəxəssis indi də müdafiəçi Stefan Poş və yarımmüdafiəçi Aleksander Prassdan məhrum qala bilər. çünki hər iki oyunçu komandanın son məşqində iştirak edə bilməyib. Onların sabahkı görüşə hazır olması gözlənilmir.
 
Qeyd edək ki, "Raiffeisen Arena"da keçiriləcək Avstriya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest